Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında ”Milli qəhrəmanlar zirvəsi” adlı videokonfrans keçrildi.

06.07.2020

03.07.2020-ci il tarixdə Ouba rayon MKS-nin mərkəzi kitabxanasında oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənovun anadan olmasının 60 illiyi  ilə əlaqədar,  "Milli qəhrəmanlar zirvəsi" adlı videokonfrans keçrildi.Onlayn təşkil olunan vidiokonfransda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailəri İctimai Birliyinin  Quba rayon filialının sədri II qrup Qarabağ əlili Yusuf Möhbalayev,Tələt Mıkayılov adına şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Xanbikə Kərimova, MKS-nin mərkəzi kitabxanasının əməkdaşları və kitabxananın fəal oxucuları iştirak edirdi. Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq bildirdi ki, bu gün torpaqlarımızın 20%-i Ermənistanın işğalı altındadır.Yüzminlərlə soydaşlarımız qaçqın və məcburi köçkün həyatı yaşayır.Bu gün keçirilən tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərimizin şərfli döyüş yolu haqqında gəncləri məlumatlandırmaqdır. Yüsif Möhbalayev çıxış edərək Azərbaycanın Milli Qəhrəmanı Tabil Həsənovun keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verdi. Sonra Xanbikə Kərimova çıxış edərək qeyd etdi ki, gənclərimiz Vətəni,torpaqı,milləti,və dövləti necə sevmək lazım olduğunu bu cür Milli Qəhrəmanlarımızdan öyrənməlidirlər.

 

93.1 KB

 

114.4 KB