Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz rayon Heydər Əliyev Mərkəzi ”15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş müsabiqə elan edib

21.05.2020

Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Heydər Əliyev Mərkəzi "15 İyun Milli Qurtuluş Günü"nə həsr olunmuş məktəbli şagirdlər arasında, onların bacarıqlarının inkişaf etdirilməsi, intelektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin gücləndirilməsi, məktəblilərdə ekoloji düşüncə tərzi və ekoloji mədəniyyətin formalaşması məqsədi ilə lazımsız əşyalardan, məişət tullantılarından hazırlanmış əl işlərindən ibarət "Yaradıcılıq sərhəd tanımır" mövzusunda müsabiqə

Elan edir!

Müsabiqənin şərtləri;
Müsabiqədə məktəblilər aşağıda göstərilən istiqamətlər üzrə iştirak edə bilərlər.

1. Dekorativ- tətbiqi sənət;
2. Təsviri sənət;
3. Ekologiya;

Müsabiqənin şərtləri;

1. Müsabiqəyə qatılmaq istəyən məktəblilər 2 və ya 3 əl işini 10 iyun 2020-ci il tarixinədək Xaçmaz Heydər Əliyev Mərkəzinə təhvil verməli və ya Xaçmaz Heydər Əliyev Mərkəzinin rəsmi facebook səhifəsinin ( Xaçmaz rayon Heydər Əliyev Mərkəzi) mesaj bölməsinə əl işlərinin bir neçə formatda çəkilmiş şəkil və videosunu göndərməklə iştirak edə bilərlər.
2 .Müsabiqə iştirakçılarının yaş həddi 8 - 17;
3. Material və texnika kardon, plastik, şüşə, parça, metal və s..;
5. Müsabiqə iştirakçılarının əl işləri Mərkəz tərəfindən yaradılmış münsiflər heyyəti tərəfindən müəyyən ediləcək.
6. Müsabiqənin nəticəsi 15 İyun 2020-ci il tarixdə açıqlanaraq qaliblər elan olunacaq;
7. Qaliblər Mərkəz tərəfindən xüsusi diplom və hədiyyələrlə təltif olunacaq.

 

33.6 KB

 

34.1 KB

 

75.3 KB