Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Region mədəniyyət işçiləri koronavirus epidemiyası ilə əlaqədar çağırış edib

15.05.2020

Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin əməkdaşları koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edildiyi ilk gündən karantin qaydalarına tam riayət etmişdir. Mədəniyyət işçiləri tərəfindən koronavirus epidemiyası ilə əlaqədar sosial şəbəkələrdə maarifləndirmə və təbliğat işləri aparılmış, insanlara pulsuz olaraq tibbi maskalar paylanılmışdır.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin region üzrə mədəniyyət işçiləri bütün mədəniyyət işçilərinə çağırış edərək hərkəsi xüsusi karantin rejiminə əməl etməyə, sanitar gigiyena qaydalarına riayət etməklə tibbi maskalardan istifadə etməyi, ara məsafəsinin gözlənilməsi ilə özünü, ailəsini və cəmiyyəti bu bəladan qorumasını xahiş edir və bu çağırışa qoşulmağa dəvət edir.