Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən əhali arasında tibbi maskaların paylanması aksiyasına başlamışdır

13.05.2020

4 may 2020-ci il tarixindən ölkəmizdə koronavirus (COVİD-19) epidemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılması ilə əlaqədar region mədəniyyət müəssisələrinin fəaliyyəti bərpa edilmişdir. Lakin təhlükənin tam olaraq sovuşmadığını nəzərə alaraq regionun mədəniyyət müəssisələrində çalışan hər bir əməkdaşımızın gigiyena qaydalarına əməl etməsi, tibbi maskalardan və əlcəklərdən istifadə etməsi mütləq vacibdir.

Eyni zamanda bəzi vətəndaşların sadə gigiyena qaydalarına riayət etməmələrini nəzərə alaraq koronavirus epidemiyası ilə əlaqədar regionda çalışan mədəniyyət işçiləri tərəfindən əhali arasında təbliğat işinin daha da gücləndirilməsi zəruridir.
Gözəgörünməz düşmən COVİD-19 qarşı mübarizədə təbliğat işinin aparılması hər bir mədəniyyət işçisinin həm mənəvi, həm də vəzifə borcudur.

“Tibbi maska yoxdur adı” ilə sosial məsuliyyətsizlik nümayiş etdirən vətəndaşlar üçün Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən bu həftə ərzində 6000 ədəd tibbi maskanın alınaraq paylanması nəzərdə tutulmuş və bu aksiyaya start verilmişdir.

Artıq ilkin mərhələdə Xaçmaz və Quba rayonlarında tibbi maskalar alınaraq əhali arasında paylanılmışdır. Həftə ərzində regiona daxil olan digər rayonlarda da tibbi maskaların paylanması aksiyası davam etdiriləcəkdir.

 

52 KB

 

44.3 KB

 

54.1 KB