Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin əməkdaşlarının nəzərinə:

12.05.2020

4 may 2020-ci il tarixindən ölkəmizdə koronavirus (COVİD-19) epidemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılması ilə əlaqədar region mədəniyyət müəssisələrinin fəaliyyəti bərpa edilmişdir. Lakin təhlükənin tam olaraq sovuşmadığını nəzərə alaraq regionun mədəniyyət müəssisələrində çalışan hər bir əməkdaşımızın gigiyena qaydalarına əməl etməsi, tibbi maskalardan və əlcəklərdən istifadə etməsi mütləq vacibdir.

Eyni zamanda bəzi vətəndaşların sadə gigiyena qaydalarına riayət etməmələrini nəzərə alaraq koronavirus epidemiyası ilə əlaqədar regionda çalışan mədəniyyət işçiləri tərəfindən əhali arasında təbliğat işinin daha da gücləndirilməsi zəruridir.
Gözəgörünməz düşmən COVİD-19 qarşı mübarizədə təbliğat işinin aparılması hər bir mədəniyyət işçisinin həm mənəvi, həm də vəzifə borcudur.
“Tibbi maska yoxdur adı” ilə sosial məsuliyyətsizlik nümayiş etdirən vətəndaşlar üçün Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən bu həftə ərzində 6000 ədəd tibbi maskanın alınaraq paylanması nəzərdə tutulmuş və bu aksiyaya artıq start verilmişdir.