Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti onlayn müşavirəsi keçirilib

06.05.2020

6 may 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin onlayn video müşavirəsi keçirilib. Müşavirədə idarənin aparat işçiləri, rayonlar üzrə nümayəndələr, şura üzvləri və müəssisə rəhbərləri iştirak edib. İdarə rəisi Nazim Ağayev karantin dövründə müəssisələrin onlayn fəaliyyəti, həmçinin müəssisələrin Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqələrdə fəal iştirakı və digər məsələlər üzrə müvafiq tövsiyyə və tapşırıqlarını vermişdir.

Həmçinin mədəniyyət müəssisələrinin mütəmadi olaraq dezinfeksiya edilməsi, distant dərslərin gündəlik olaraq keçirilməsi, hazırlanan videoçarxların keyfiyyətinin daha da yaxşılaşdırılması müşavirənin əsas müzakirə mövzularından olmuşdur.

 

35.3 KB

 

38.5 KB