Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq musiqi, incəsənət, muğam, aşıq məktəb və mərkəzləri şagirdlərinin I Distant Respublika Musiqi müsabiqəsi

24.04.2020

I. Müsabiqənin məqsəd və vəzifələri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2020-ci ilin aprel-may aylarında respublikada fəaliyyət göstərən uşaq, musiqi, incənət, muğam, aşıq məktəb və mərkəzləri şagirdləri arasında I Distant (məsafədən) Respublika Musiqi müsabiqəsini keçirir. Müsabiqənin əsas məqsədi ölkəmizdə koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mövcud sosial təcrid şəraitində bədii təhsil müəssisələrinin fəaliyyətinin aktivləşdirilməsi, aparılan distant dərslərin nəticə və göstəricilərinin stimullaşdırılması, karantin dövründə məsafədən təhsil alan şagirdlərin dəstəklənməsi və nailiyyətlərinin təbliğ edilməsindən ibarətdir.

 

II. Müsabiqənin keçirilmə qaydaları və şərtləri

Müsabiqə 1 (bir) turdan ibarət olaraq, fortepiano, xalq çalğı, simli, nəfəs və zərb alətləri, xanəndəlik və vokal ixtisasları üzrə təhsil alan uşaq, musiqi, incənət, muğam, aşıq məktəb və mərkəzlərinin şagirdləri arasında fortepiano, simli alətlər ixtisasları üzrə üç qrupda (I qrup II-IV siniflər, II qrup V-VII siniflər, III qrup VIII-XI siniflər), nəfəs və zərb alətləri, xalq çalğı alətləri, xanəndəlik və vokal ixtisasları üzrə isə iki qrupda (I qrup III-V siniflər, II qrup VIII-XI siniflər) keçirilir.

İştirakçıların çıxış proqramlarının video yazısı və aşağıda göstərilən sənədlər bir elektron qovluğa yerləşdirilərək 5 may 2020-ci il tarixinədək Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elektron poçt ünvanına elm.memim@gmail.com, göndərilməlidir. Əlaqə telefonları: (050) 310-60-44,  (070) 222-08-83, (070) 711-33-10.

Anket - Ərizə
İştirakçının doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti

       3. Müəllimin və konsertmeysterin şəxsiyyət vəsiqələrinin surətləri     

Qeyd: Müsabiqədə hər tədris müəssisəsindən hər ixtisas və qrup üzrə yalnız bir nəfər iştirak edə bilər.

Göstərilən vaxtdan gec daxil olan sənədlər qəbul edilmir.

 

 

III. Müsabiqənin proqramı

Fortepiano, xalq çalği, nəfəs və zərb alətləri ixtisasları üzrə ifa proqramına tədris proqramlarına uyğun olaraq iki müxtəlif xarakterli pyes daxil edilməlidir. Pyeslərdən biri Azərbaycan bəstəkarının əsəri olmalıdır.

Xanəndəlik ixtisası üzrə çıxış proqramına bir xalq və ya bəstəkar mahnısı və muğam, vokal ixtisası  üzrə iki əsər (sərbəst seçim) daxil edilməlidir.

Qeyd: İfalar videoyazı olaraq elektron şəkildə qəbul edilir. Solist və müşayiətçilərin məsafədən olaraq birgə ifaları keyfiyyətli şəkildə yazılmalıdır. Montaja, minusa, aranjirovkaya və s. icazə verilmir.

 

IV. Müsabiqə iştirakçılarının mükafatlandırılması

Müsabiqə qalibləri üçün hər ixtisas və hər qrup üzrə bir – I dərəcəli, iki – II dərəcəli, üç – III dərəcəli diplom və müvafiq hədiyyələr, fərqlənən iştirakçılar, müsabiqə laureatlarının müəllim və konsertmeysterləri üçün fəxri fərmanlar təsis olunur.