Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri tərəfindən distant dərslər davam edir

26.03.2020

Bildiyiniz kimi, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 3-dən ölkəmizin bütün təhsil müəssisələrində, o cümlədən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris prosesi dayandırılmışdır. Bununla əlaqədar tədris proqramlarının şagirdlər tərəfindən mənimsənilməsini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə regionda fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərinin müəllimləri tərəfindən tədris proqramlarının sagirdlər tərəfindən mənimsənilməsini təmin etmək məqsədilə distant təhsilə başlanılıb.

Keçirilən online dərslər Xaçmaz Regional Mədəniyyət İdarəsinin facebook səhifəsində (https://www.facebook.com/khachmaz.culture.department/) və youtube kanalına gündəlik olaraq yerləşdirilir (https://www.youtube.com/feed/my_videos)

Eyni zamanda Nazirliyin facebook səhifəsində hər gün saat 17.00-də uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin açıq dərsləri nümayiş etdirilir. Habelə uşaq musiqi və incəsənət məktəblərinin tədris portalında (music.mctgov.az) təcrübəli müəllimlərin ustad dərsləri və açıq dərsləri yerləşdirilmişdir.

 

34.5 KB

 

59.7 KB

 

37.8 KB