Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək

05.03.2020

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin mart ayının 13-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 90) Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

 

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1 Siyəzən Zəminə Qədirli

070-756-45-80

023-304-07-67

2 Şabran Əhməd Səmədov

050-206-96-30

023-353-25-84

3 Quba Fuad Orucov

050-222-84-14

023-335-33-00

4 Qusar David İbramxəlilov

050-631-52-36

023-385-48-56

5 Xaçmaz Xalidə Əliyeva

070-651-80-49

023-325-39-01