Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib

27.02.2020

25 fevral 2020-ci il tarixində Şabran Xalq teatrı Xaçmaz Heydər Əliyev Mərkəzində “Xocalı harayı” tamaşası ilə çıxış etmişdir.

24 fevral 2019-cu tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalım, şəhid yurdum”adlı ədəbi-bədii kompazisiya keçirildi. Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi tərəfindən Mərkəzi Kitabxanada  «Xocalı soyqırımı bəşəriyyətə qarşı cinəyətdir» adlı tədbir keçirilmişdir.

Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialında Döyüş Şöhrəti muzeyi və Xalça muzeyi filiallarının birgə hazırladığı, Xocalı faciəsinə həsr olunmuş "Tarix unudulmur" adlı tədbir keçirilmişdir. Tədbirdə faciə qurbanlarının xatirəsi anılmış, çıxışlar səslənmiş,məktəblilərin ifasında ədəbi bədii kompozisiya nümayiş olunmuşdur.

Xaçmaz şəhər Uşaq İncəsənət məktəbində Xocalı faciəsinə həsr edilmiş məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir.

26 fevral 2020-ci il tarixində Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar olaraq Xaçmaz Heydər Əliyev Mərkəzi və Xaçmaz Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə "Unutma - Unutdurma!" adlı anım tədbiri keçirilmişdir.

26 fevral 2020-ci il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində "Xocalım, viran yurdum" adlı ədəbi-bədii kompozisiya və Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin rəsm əsərlərindən ibarət "Xocalı uşaqların gözü ilə" adlı sərgi təşkil edilmişdir.

 

***

24 fevral 2020-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba Heydər Əliyev Mərkəzi və Quba Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi bütün dünyaya çatdırılır” mövzusunda tədbir keçirilmişdir.  Tədbirdə Quba Asan Xidmət Mərkəzinin əməkdaşları və könüllüləri, Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları və könüllüləri, mədəniyyət işçiləri iştirak etmişdir.

25.02.2020-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında  Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Qanla yazılan tariximiz” adlı anım tədbiri keçirildi.

Quba rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar "Xocalı soyqırımı-28" adlı anım tədbiri keçirilmişdir.

Fevralın 24-də Quba Uşaq Musiqi Məktəbində Xocalı soyqrımının 28-ci  ildönümü ilə əlaqədar tədbir keçirilib. “Xocalı – qan yaddaşımız” adlı tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib.

          26 fevral 2020-ci il tarixdə Quba şəhər  Uşaq İncəsənət məktəbində                Xocalı faciəsinin 28-ci ildönümünə    həsr olunmuş  tədbir keçirilmişdir. Tədbirdən öncə iştirakçılar məktəbin şagirdlərinin rəsm əsərlərində ibarət “Qan izlərimiz” adlı sərgiyə baxış keçirmişdir.

 

****

25 fevral 2020-ci il tarixdə Qusar rayon Heydər Əliyev Mərkəzində “Xocalı - XX əsrin faciəsi” mövzusunda tədbir keçirildi. Tədbir öncəsi rayon məktəblilərinin rəsm işlərindən ibarət “Biz müharibə istəmirik” mövzusunda sərgi nümayiş olundu.

25.02.2020-ci il tarixində Qusar MKS-nin Mərkəzi Kitabxanasında Xocalı faciəsinin 28-ci il dönümünə həsr olunmuş "Torpaq, əyər uğrunda ölən varsa,Vətəndir"  adlı anım tədbiri keçirilmişdir.

24 fevral 2020-ci ildə Qusar Dövlət Rəsm Qalereyasında Qusar rayon Tarix-Diyarşünaslıq muzeyi və Qusar Dövlər Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 26 fevral “Xocalı Soyqırımı”nın 28-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi” adlı tədbir keçirilmişdir.

25 fevral 2020 ci il tarixində Qusar rayon Uşaq incəsənət məktəbinin konsert  zalında Xocalı soyqırımının 28 ci ildönümü ilə əlaqədar dədbir keçirilmişdir. Tədbir iştirakçıları rəssamlıq şöbəsinin şagirdlərinin hazirladığl rəsm sərgisi ilə tanış olmuşdur. Daha sonra  faciə qurbanlarının xatirəsi  yad edilmişdir,  məktəbin müəllim və şagirdlərinin ifasında musiqilər səsləndirilmişdir.

***

Şabran rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar rəsm sərgisi müsabiqəsi keçirilmişdir.

Şabran Tarix Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 28_ci ildönümü ilə əlaqədar "XX əsrin Faciəsi "adlı tədbir keçirilmişdir.

Şabran rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 28-ci ilnömünə həsr edilmiş “Tarixin bağışlanmayan cinaəyit – Xocalı faciəsi” adlı ədəbi-bədii kompozisiya keçirilib.

***

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsi ilə bağlı “Xocalı soyqırımını unutma!” mövzusunda anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə rəsm və kitab sərgisi ilə tanış oldular. Daha sonra tədbir dəyirmi masa ətrafında davam etdi.

24 Fevral 2020-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzi 26 Fevral Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Tədbirdə Siyəzən rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə "Xocalı Soyqırımı" adlı kitab sərgisi təşkil olunmuşdur.

25.02.2020-ci il tarixində Siyəzən rayon MKS-nin Uşaq şöbəsi və Oxuculara xidmət şöbəsinin birgə təşkilatçılığı ilə  Xocalı faciəsinin 28 illiyinə həsr “Xocalı Soyqırımı ” adlı tədbir keçirildi.

Siyəzən rayon Uşaq İncəsənət məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalı qan yaddaşımız” adlı ədəbi-bədii tədbir keçirilmişdir.

26 fevral 2020-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Şabran Xalq teatrı tərəfindən Xocalı soyqırımına həsr edilmiş "Xocalı harayı" adlı tamaşa nümayiş etdirilmişdir

 

     Keçirilən tədbirlərdə bildirilib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 28 il ötür. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi idi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə Ümummilli Liderin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

 

95 KB

 

74.6 KB

 

54.6 KB