Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon MKS-nin oxu zalında yanvar ayına dair seminar-müşavirə keçirildi.

28.01.2020

27.01.2020-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında yanvar  ayına  dair seminar -  müşavirə keçirildi. Seminar-müşavirədə 2019-cu ilin  hesabatı dinlənildi, qarşıda duran məsələlər təsdiq edildi. Tədbiri giriş sözü ilə açan MKS - nin direktoru Saməddin Nəsirov gündəlikdəki məsələləri diqqətə çatdırdı. O qeyd etdi ki, kitabxana sahəsində çalışan insanların üzərinə böyük vəzifə düşür ki, bu vəzifələrin öhdəsindən gəlmək üçün işçilər özləri təşəbbüskar olmalıdırlar. Sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin  məsləhətçisi Söhrab Əmrahov  2019-cu ildə keçirilən “Oxu bayramı”nın yekun nəticələri barəsində geniş məlumat verdi. O, həmçinin 2020-ci ilin “Könüllülər ili” elan olunmasını vurğulayaraq  bildirdi ki, bu  gün elə bir sahə yoxdur ki, oraya könüllülər cəlb olunmasın. Kitabxana sahəsində də  yeni gənc könüllüləri sıralarımızda gözləyirik. Seminar-müşavirədə  gənclərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkminləşdirilməsi üçün kitabxanalarda  müasir standartlara uyğun  dərnəklərin təşkili barədə də məlumat verildi. Daha sonra MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova, Səbətlər kənd kitabxanasının filial müdiri Məhbubə İlyasova, Afurca kənd kitabxanasının filial müdiri Etibar Rəşidov, Güləzi kənd kitabxanasının kitabxanaçısı Ağababa Tarverdiyev və başqaları 2019-cu ildə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etdilər. Seminar-müşavirədə səmərəli fəaliyyətin təşkili istiqamətində qarşıda duran vəzifələrdən, fəaliyyətinə görə seçilən kitabxanalardan ətraflı şəkildə söz açıldı. Sonda müşavirə iştirakçılarına tapşırıq və tövsiyyələr verildi,  dövrü mətbuat paylanıldı və   növbəti müşavirənin keçiriləcəyi gün elan olundu.

 

55.1 KB

 

92 KB

 

87.6 KB