Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

11.01.2020

10.01.2020-ci il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar “Şərqin gözəli” adlı tədbir keçirildi.  MKS-nin direktor müavini  Hüriyyə Sultanova tədbiri açaraq  bildirdi ki,  Leyla Bədirbəyli Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazmış əvəzolunmaz sənətkarlardandır. Leyla Bədirbəyli mənəvi-əxlaqi dəyərlərin təbliği, tamaşaçı zövqünün formalaşması baxımından mühüm əhəmiyyət kəsb edən silsilə rollarla milli kinemotoqrafiyamızı daha da zənginləşdirmişdir. Sonra  kitabxananın əməkdaşı Fidan Kərimova çıxış edərək qeyd etdi ki, Leyla Bədirbəyli Azərbaycan milli televiziyasının göstərdiyi bir çox televiziya tamaşalarında da müxtəlif rollar ifa edib, uzun illər televiziyanın “Kino, aktyor, rol” verilişinin  aparıcısı olub. Daha sonra kitabxananın fəal oxucusu Aytən Abdullayeva çıxış edərək bildirdi ki, Xalq artisti, Dövlət mükafatı laureatı, gözəl insan Leyla Bədirbəylinin zəngin yaradıcılığı gələcək nəsillərə yadigar qalacaq, unudulmaz və sevimli sənətkarımız daim qəlbimizdə yaşayacaqdır. Tədbirin sonunda Leyla Bədirbəylinin həyat və səhnə fəaliyyətinə həsr olunmuş video-çarx izlənildi.

 

920.7 KB

 

90.2 KB