Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib

27.01.2020

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında   iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar “Yaddaşlarda yaşayan qəhrəman” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri  İctimai Birliyinin Quba rayon filialının sədri, II qrup Qarabağ əlili Yusif Nöhbalayev və Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri  İctimai Birliyinin Quba rayon filialının sədr müavini I qrup Qarabağ əlili Rəşid Əmirov iştirak edirdi. Əvvəlcə Həzi Aslanovun həyat və döyüş fəaliyyətinə həsr olunmuş slayd izlənildi. MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirdi ki, 2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi tamam olur. Bəşəriyyətin  yaddaşına dağıdıcı müharibə kimi daxil olmuş İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə  aparılan mübarizədə Azərbaycan xalqının da böyük xidmətləri olmuşdur. 1941-1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuş, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri  İctimai Birliyinin Quba rayon filialının sədri,  II qrup Qarabağ əlili Yusif Nöhbalayev çıxış edərək bildirdi ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən azad olması uğrunda gedən ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Həzi Aslanovun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun  bütün şəxsi heyyəti üçün əsil qəhrəmanlıq nümunəsidir. Daha sonra kitabxananın əməkdaşları Rübabə Hacıbəyova və Faiq Əliyev çıxış edərək bildirdilər ki, ölümündən 47 il sonra 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılmış, doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılmışdır. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

 

93.3 KB

 

83.4 KB

 

50.4 KB