Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qubada 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Şəhidlər ölməz-Vətən bölünməz” adlı ümumrayon tədbiri keçirilib.

21.01.2020

17 yanvar 2020-ci il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri təşkil olunub. Rayon rəhbərliyindən ibarət rəsmi heyət əvvəlcə foyedə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərlərindən, ədəbi nəşrlərdən ibarət sərgiyə baxış keçirib. Sərgi zamanı musiqi məktəbinin şagirdləri simfonik musiqi ifa edib. Foyenin bir hissəsində 20 Yanvar faciəsindən bəhs edən videogörüntülər nümayiş olunub. Sərgiyə baxış başa çatdıqdan sonra foyenin bir hissəsində məktəblilər arasında keçirilən şeir müsabiqəsinin qalibləri təqdim olunub. Onlar 20 Yanvar hadisələrindən bəhs edən şeirlər söyləyiblər. Daha sonra I, II və III yerlərin qalibləri elan olunub və rayon rəhbəri onlara Fəxri-fərmanlar təqdim edib. Sonra rəsmi heyət tamaşa zalına dəvət olunub. Aparıcı pərdəarxası tədbir haqqında təsdiq olunmuş gündəliyə əsasən məlumat verdikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin rəsmi hissəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev məruzə ilə çıxış edib. Çıxışdan sonra B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində yaradılan “Könüllülər teatrı”nın təqdimatında “Şəhidlər ölməz-Vətən bölünməz” adlı teatrlaşdırılmış kompozisiya nümayiş olunub.  

 

38.3 KB

 

33.2 KB

 

44 KB