Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən növbəti müşavirə regionda mövcud olan kitabxanaların fəaliyyətinə həsr edildi

09.01.2020

9 yanvar 2020-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində regionda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorlarının, direktor müavinlərinin, şöbə müdirlərinin və gənclər kitabxanalarının filial müdirlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev ölkəmizdə uğurla həyata keçirilən mədəniyyət siyasətindən və mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından danışıb. N.Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu və bununla bağlı olaraq regionda fəaliyyət göstərən mədəniyyət müəssiələrində gənc, istedadlı könüllülərin işə cəlb edilməsinin vacibliyini vurğuladı. 

2019-cu ildə keçirilən “Oxu bayramı”nın əhəmiyyəti haqqında danışan idarə rəisi bu müsabiqənin insanlarda kitablara marağın artmasına, oxucu kütləsinin daha da çoxalmasına səbəb olduğunu bildirdi. N.Ağayev müsabiqənin növbəti illərdə də keçirilməsinin nəzərdə tutulduğunu xüsusi vurğuladı və 2020-ci ildə keçiriləcək “Oxu bayramı” haqqında müvafiq taprşıqlarını verdi.

Yaradıcı Sənaye və regional inkişaf perspektivləri mövzusunda çıxış edən idarə rəisi 2020-ci ildə İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində büdcədənkənar vəsaitlərin cəlb edilməsi istiqamətində qarşıya qoyulan məsələlər barədə məlumat verdi.

Daha sonra regionda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları 2019-cu ildə görülmüş işlərin hesabatı və 2020-ci ildə görüləcək işlər barədə məlumat verdi.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev kitabxanaların fəaliyyətinin gücləndirilməsi, oxucuların kitabxanalara cəlb edilməsi, kitabın təbliği, həmçinin əmək intizamının yüksək səviyyədə təmin edilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

 

36.7 KB

 

31.7 KB

 

32.6 KB