Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionda fəaliyyət göstərən Mədəniyyət mərkəzləri və filiallarının fəaliyyəti müzakirə edilib

08.01.2020

8 yanvar 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsində regionda fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərinin rəhbərlərinin, filial müdirlərinin, bədi rəhbər, metodist və mədəni təşkilatçıların iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev ölkəmizdə uğurla həyata keçirilən mədəniyyət siyasətindən və mədəniyyət sahəsinə göstərilən dövlət qayğısından danışıb. N.Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu və bununla bağlı olaraq regionda fəaliyyət göstərən mədəniyyət müəssiələrində gənc, istedadlı könüllülərin işə cəlb edilməsinin vacibliyini vurğuladı. 

Yaradıcı Sənaye və regional inkişaf perspektivləri mövzusunda çıxış edən idarə rəisi 2020-ci ildə İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində büdcədənkənar vəsaitlərin cəlb edilməsi istiqamətində qarşıya qoyulan məsələlər barədə məlumat verdi.

Daha sonra müəssisə rəhbərləri 2019-cu ildə görülmüş işlərin hesabatı və 2020-ci ildə görüləcək işlər barədə məlumat verdi.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Mədəniyyət mərkəzlərində və filiallarda işin günün tələbləri səviyyəsində qurulması, əmək intizamının yüksək səviyyədə təmin edilməsi və keçirilən tədbirlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

 

23.7 KB

 

23.1 KB

 

25.8 KB