Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsi 2020-ci lin ilk müşavirəsini keçirdi

07.01.2020

7 yanvar 2020-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsində regionda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri və Tarix diyarşünaslıq muzeylərinin rəhbərlərinin, filial müdirlərinin, baş fond mühafizəçilərinin və elmi işçilərin iştirakı ilə müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan Xaçmaz Regional mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Azərbaycan Respublikaının Prezidenti İlham əliyev cənabları tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan olunduğunu və bununla bağlı olaraq regionda fəaliyyət göstərən mədəniyyət müəssiələrində gənc, istedadlı könüllülərin işə cəlb edilməsinin vacibliyini vurğuladı. 

Yaradıcı Sənaye və regional inkişaf perspektivləri mövzusunda çıxış edən idarə rəisi 2020-ci ildə İdarənin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində büdcədənkənar vəsaitlərin cəlb edilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Daha sonra müəssisə rəhbərləi 2019-cu ildə görülmüş işlərin hesabatı və 2020-ci ildə görüləcək işlər barədə məlumat verdi.

Sonda Pirəbədil Tarix muzeyinin direktoru Pərvanə Mirzəyeva  regionun ictimai-mədəni həyatında fəal iştirakına görə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı ilə təltif edildi.

 

28.2 KB

 

33.9 KB

 

29.6 KB