Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar rayon Mərkəzi Kitabxanasında ”Marvar” ədəbi birliyinin sədri Eyvaz Güləliyrinin 50 illik yubileyi qeyd edilib

30.12.2019

28.12.2019-ci il tarixinda Qusar rayon Mərkəzi Kitabxanasında”Marvar” ədəbi birliyinin sədri Eyvaz Güləliyrinin 50 illik yubileyi çərçivəsində coxsaylı oxucuları ilə görüşü keçirilmişdir. Görüşdə” Şahdağ” ədəbi birliyinin sədri şair ləzgi Bəhlul,rayonun “Qusar- KцIар” qəzətinin redaktoru Vidadi Sevzixanov,Qusar rayon GEM-nin direktoru Nadirşah Şirinov iştirak və çıxış etmişlər.  Tədbirdə yerli yazarlar, mədəniyyət, təhsil işçiləri və coxsaylı oxucular iştirak etmişlər.

           Çıxış edən MKS-nin direktoru Zahir Mustafayev, şöbə müdiri Südabə Bağıyeva, , redaktor Vidadi Sevzixanov, səhiyyə işçisi Nadirşah Şirinov, yazarlar, Vaqif  Haçımuradov (Müşkürvi), Oruc Orucov, Rimma Haçımuradova, kitabxana filialının müdiri Zülfiyyə Tərlanova və digərləri Eyvaz Güləliyrinin yaradıcılığı barədə ətraflı danışmış, ölkəmizdə multikultural dəyərlərin yüksək səviyyədə olduğunu qeyd etmiş, Azərbaycanda yaşayan bütün xalqlar kimi ləzgilərin də öz ana dillərində danışmaları, təhsil almaları və yaradıcılıqla məşqul olmaları üçün dövlət səviyyəsində hər bir şəraitin mövcud olduğunu vurğalamışlar.

            Tanınmış ləzgi şairi Eyvaz Güləliyrin öz yaradıcılığı barədə danışmış, şeirlərini oxumuşdur.Tədbirdə coxsaylı oxucular şairin şeirlərini oxumuş, ona müxtəlif suallar vermişlər.Şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunmuş, şairin ünvanına təbriklər səslənmiş və hədiyyələr təqdim olunmuşdur.

             Sonda şair görüşün yüksək səviyyədə təşkil olunmasına görə kitabxananın direktoruna və kollektivinə təşəkkürünü bildirmiş, coxsaylı tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

116.8 KB

 

133.7 KB

 

125.6 KB