Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin 2019-cu il üçün sonuncu Şura iclası kecirilmişdir

28.12.2019

28 dekabr 2019-cu il tarixində Xaçmaz Tarix diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev gündəlikdə duran məsələlər barədə məlumat verdi və cari ilin ərzində görülən işlər haqqında danışdı.

Daha sonr idarənin əməkdaşı Xalidə Əliyeva “Kreativ Azərbaycan:Yaradıcı Sənaye və regional inkişaf perspektivləri” və “Gənclər siyasəti haqqında” Dövlət Proqramına uyğun olaraq regionda “Milli qəhrəmanlarımız” adlı sərgi və fotosərgilərin təşkili barədə məruzə ilə çıxış etdi.

Şabran tarix diyarşünaslıq muzeyinin direktoru Bəsti Məmmədovanın muzey fondlarının zənginləşdirilməsi istiqamətində “Qədim əşyaları muzeyə gətir” aksiyası barədə məruzəsi dinlənildi.

Sonda idarə rəisi mədəniyyət müəssisələrində işin günün tələbləri səviyyəsində quurulması, əmək intizamının gücləndirilməsindən irəli gələn vəzifələr və digər məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.

 

67.8 KB

 

41.1 KB

 

52.9 KB