Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Heydər Əliyev Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

27.11.2019

27 noyabr 2019 -cu il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Əbədiyyət üfüqündə doğan günəş" adlı tədbir keçirilmişdir.

Müğənni Sami Yusifin ifasında Nəsimiyə həsr olunmuş "Ruhi- rəvan" mahnısına baxışla başlayan tədbirdə giriş sözü ilə çıxış edən Mərkəzin rəhbəri K.Əsgərova tədbir iştirakçılarını salamlayaraq bu günkü tədbirin keçirilməsində gənc nəslin Nəsimi yaradıcılığından bəhrələnəcəkləri və böyük şairin ağır həyatından geniş və dolğun məlumatlar əldə etmələrinə zəmin yaradacağına əmin olduğunu vurğuladı.Sonra Xaçmaz şəhər 9 saylı tam orta məktəbinin azərbaycan dili və ədəbiyyat müəllimi R.Cilovxanova tədbir iştirakçılarına Nəsiminin həyat və yaradıcılığından geniş məruzə ilə çıxış etdi. Daha sonra 9 saylı tam orta məktəbin şagirdlərinin ifasında qəzəllər, musiqili qəzəllər və kompazisiyalar nümaiş olundu. Respublika müsabiqələrinin iştirakçısı və dəfələrlə birinci yer qazanmış balaca Lamiyənin ifasında "Sarı gəlin" rəqsi tədbir iştirakçılarının alqışları ilə müşayət olundu. Sonda isə "Nəsimi" filmindən fraqmentlər izlənildi və Mərkəzdə fəaliyyət göstərən "Rəssamlıq" dərnəyinin üzüvlərinin əl işlərindən hazırlanmış sərgiyə baxış keçirildi.

 

78.1 KB

 

89 KB

 

82.7 KB