Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında noyabr ayına dair seminar - müşavirə keçirildi.

25.11.2019

25.11.2019 – cu il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında noyabr ayına dair seminar - müşavirə keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov ölkədə fəaliyyət göstərən kitabxanaların müasir tələblərə cavab verməsi istiqamətində aparılan işlərdən söhbət açaraq, bu sahədə mühüm araşdırmaların aparılmasının labüdlüyünü qeyd etdi. Sonra çıxış edən Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti Faiq Əliyev qeyd etdi ki, bu gün bizdə də bütün dünyada olduğu kimi əsas problem oxucu problemidir. Bu səbəbdən də kitabxanalara oxucu cəlb etmək üçün yeni metodlardan istifadə etmək lazımdır. Tədbirdə iştirak edən Quba rayon MKS-nin  II Nügədi kənd kitabxanasının filial müdiri  Ulduz Zalıyeva, Amsar kənd kitabxanasının filial müdiri Samirə Sultanova və başqaları tədbir çərçivəsində kitabxanaların müasir standartlara uyğunlaşdırılmasına dair təklif və tövsiyələrini irəli sürdülər. Sonda seminar iştirakçılarına dövrü mətbuatın paylanılması işi həyata keçirildi, qəbul edilmiş tapşırıqlarla bağlı məlumatlar verildi və növbəti müşavirənin keçiriləcəyi gün elan olundu.

 

120.3 KB

 

103.2 KB

 

98.3 KB