Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi ilə əlaqədar musiqili ədəbi- bədii gecə keçirildi

25.11.2019

22.11.2019-cu il tarixdə Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi,tanınmış pedaqoq, məşhur muğam ifaçısı Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Azərbaycan muğam sənətinin inkişafında Hacıbaba Hüseynovun rolu” mövzusunda musiqili ədəbi- bədii gecə keçirildi. MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova tədbiri açaraq bildirdi ki, bu il Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, məşhur xanəndə, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi tamam olur.Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoymuşdur. Tədbirdə  Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin əməkdaşı Günel Əhmədova çıxış edərək qeyd etdi ki, Hacıbaba Hüseynov səhnə fəaliyyəti ilə yanaşı, həm də  uzun illər Asəf Zeynallı adına Musiqi Məktəbində muğamatdan dərs demiş ,Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirmişdir. Sonra kitabxananın əməkdaşı Şəfiqə Hatəmi çıxış edərək bildirdi ki, Hacıbaba Hüseynov güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamlrını dərindən mənimsəmiş əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlamışdır. Tədbirin sonunda Quba Uşaq Musiqi məktəbinin  tar müəllimi Ümid Hüseynovun müşaiyyəti ilə Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin bədii rəhbəri, muğam ifaçısı Seyfulla Ağayev Hacıbaba Hüseynovun ifa etdiyi muğamlardan parçalar səsləndirdi.

 

45.6 KB

 

37.9 KB

 

32.4 KB