Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş ”Nəsimi işığında ”adlı tədbir keçirilib

20.11.2019

Tədbirdə ilk olaraq Sami Yusifin ifa etdiyi  möhtəşəm "Sığmazam "kompozisiyası səsləndirildi.Daha sonra muzeyin direktoru Pakizə Mehdiyeva tədbiri açaraq qonaqları salamladı.Tədbirə qonaq qismində dəvət olunan əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xarici Əlaqələr şöbəsinin müdiri, əməkdar müəllim  Almaz Həsrət , AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Aygün Səfərova, Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Mədinə Hüseynli,  Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Qaradağlı kənd orta məktəbinin direktoru Gülşən Əhmədova çıxış edərək Nəsimi irsi haqqında danışdılar, klassiklərimizin ,görkəmli şəxsiyyətlərimizin yubileylərinin dövlətimiz tərəfindən qeyd olunmasının gənc nəsillərə bu qiymətli xəzinənin öyrənilməsi və təbliğ olunması baxımından necə böyük əhəmiyyət daşımasını qeyd etdilər.Tədbirin ən maraqlı məqamlarından biri AMEA Mərkəzi Elmi Kitabxabasının muzeyə bağışladığı kitabların təqdimetmə mərasimi oldu.  Yeni dərc olunmuş "Molla Nəsrəddin", " Məhəmməd Füzuli ", "İmadəddin Nəsimi" cildləri komplekti, Ziyadxan Əliyevin " Nəsimi dünyası rənglərin işığında" kitabları muzeyimiz üçün misli olmayan bir hədiyyə oldu.

 Aparıcı Dilarə Rüstəmovanın ifasında "Neylərəm" qəzəli ilə bədii hissəyə start verildi.Bir birindən gözəl,poetik ifalar səsləndi,milli "Yüzbiri" rəqsi izlənildi.

Qaradağlı kənd məktəblilərinin ifasında bədii səhnəcik böyük marağa səbəb oldu.

  Tədbir Şimal ARB telekanalı, Azərtac saytı və Qanun dairəsi qəzetinin saytında işıqlandırılmışdır.

 

41.3 KB

 

40.1 KB

 

41.1 KB