Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi fiziki məhdudiyyətli usaqlar üçün konsert proqramı təşkil etmişdir

18.11.2019

“ 17 noyabr -  Milli  Dirçəliş günü  “  münasibəti  ilə  balacalar üçün 18 Noyabr 2019 – cu il  tarixində  Əlil  Uşaqların  Reablitasiya  Mərkəzində  “  Dirçəlişdən müstəqilliyə    “ adlı  konsert proqramı  təşkil olunmuşdur. Konsert proqramını giriş  sözü ilə  Əlil  Uşaqların  Reablitasiya  Mərkəzinin direktoru  və H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru açmışdır . Reablitasiya  Mərkəzinin direktoru  Kamalə  xanım  açaraq Milli  Dirçəliş günü  münasibəti  ilə  balaca  fidanları  salamlamış, belə tədbirlərin mütəmadi olaraq  təşkilinə görə H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinə  və işçi heyyətinə öz  təşəkkürünü  bildirmişdir . H.Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov çıxış edərək  Milli  Dirçəliş günü  münasibəti  ilə Reablitasiya  Mərkəzin   uşaqlarını və  işçi kollektivini   təbrik  etdi, qısaca olaraq Milli  Dirçəliş gününün  yaranma  tarixindən  məlumat verdi.Tədbir  Mədəniyyət Mərkəzinin  nəzlində  fəaliyyət  göstərən  “ Cırtdan  “  kukla  teatrının   ifasında  “ Turpun   nağılı “   tamaşası   nümayiş   olunmuş,  balaca rəqqasların     və bədii  qiraətçilərin  ifasında  şerlər  səsləndirilmişdir.

 

38.8 KB

 

41.2 KB

 

40.6 KB