Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba şəhər Uşaq İncəsənət məktəbində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

18.11.2019

Tədbiri məktəbin direktoru Mirkazım Cəfərov açaraq  tədbir iştirakçılarını salamlamış və respublikamızda keçirilən İmadəddin  Nəsiminin -650 illiyinə həsr olunmuş tədbirlər barədə məlumat vermişdir.

Məktəbin kitabxanaçısı Salatın Orucova Nəsiminin həyat və yaradıcılığından ətraflı məlumat  vermişdir. Məktəbin müəllimi Gülnarə Kərimova Nəsiminin “Bəllilidir” qəzəlini söyləmişdir.

Məktəbin şagirdləri Şəhanə İskəndərova, Yeganə Əliyeva, Həcər Məmmədova , Nuray Bayramzadə, Kənan Qasımzadə, Almazxanım Bağırova ,Aysu Şükürova, Mələk Əliyeva  Nəsiminin qəzəllərini söyləmişlər.

Xanəndəlik şöbəsinin şagirdi Rahid Hacıyev “Nəsimi” kinofilmindən dərvişlərin mahnısı ifa etmişdir.Əlövsət Səlimovun ,Tural İskəndərovun , Aytəkin Qasımzadənin İfalarında Nəsiminin qəzəllərinə yazılmış mahnılar ifa olunmuşdur.

Rəssam şagirdlərin “Nəsimiyə” həsr olunmuş əl işləri nümayiş olunmuşdur.

 

34.5 KB

 

61.6 KB

 

42.6 KB