Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Tarix Diyarşünaslıq muzeyində ”Bayraq günü”nə həsr edilmiş tədbir keçirilib

06.11.2019

06.11.2019 tarixində Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "Yaşa bayrağım" adlı tədbir keçirildi.

  Tədbiri giriş sözü ilə muzeyin direktoru Pakizə Mehdiyeva açdı.Bayrağımızın yaranması haqqında mətn oxunduqdan sonra M.Babayev adına 1 saylı orta məktəbin,Akademik Zərifə Əliyeva adına 8 saylı orta məktəbin və Xaçmaz Uşaq  İncəsənət məktəbinin şagirdlərinin ifasında bir birindən gözəl mahnı və şerlər səsləndi.Bayraq kompazisiyalı bir birindən gözəl rəqslər nümayiş olundu.Bir ilk olaraq tədbirin gedişatında rəssam Aqil məktəbliləri bayraq aplikasiyaları ilə sevindirdi.

  Çıxış edənlər "9 noyabr Bayraq günü"nün  yaranma tarixindən söhbət açaraq, üçrəngli bayrağımızın tezliklə Qarabağ səmasında dalğalanmasını arzuladılar.

  Sonda tədbir iştirakçıları Xaçmaz Uşaq İncəsənət məktəbinin dəstəyilə nümayiş olunan məktəblilərin rəsm əsərləriylə tanış oldular və xatirə şəkli çəkdirdilər.

  Tədbir Şimal ARB telekanalı və "Xaçmaz" qəzeti tərəfindən işıqlandırılmışdır.

 

119.8 KB

 

103.3 KB

 

145.8 KB