Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qusar rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin növbəti seminar – müşavirəsi keçirilmişdir

25.10.2019

 25.10.2019 – cu il tarixində Qusar rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin növbəti seminar – müşavirəsi keçirilmişdir. Müşavirədə 2019-cu ilin  9 ayında görülmüş işlər müzakirə olunmuş, kitabxana xidmətinin keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıda duran vəzifələr araşdırılmış və müvafiq tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, fəaliyyət göstərən bütün kitabxana filialları kompyüter, printer, sürətçıxaran avadanlıqlarla tam təmin olunmuş, müasir mebel təchizatı tamamlanmaq üzrədir.Əksər filiallara telefon xətləri çəkilmiş, internetə qoşulmuş və videogörüntü kameraları ilə təmin olunmuşlar. Yaxın vaxtlarda bütün filiallara telefon xətlərinin çəkilişi və onların internetə qoşulması başa çatdırılaçaqdır.

 

92.1 KB

 

100.1 KB

 

98.9 KB