Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib

24.10.2019

24.10.2019-cu il tarixdə Quba rayon MKS-nin oxu zalında Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi ilə əlaqədar “Azərbaycan teatr sənətinin inkişafında Hüseynqulu Sarabskinin rolu” mövzusunda tədbir keçirildi. MKS-nin direktoru Hüryə Sultanova çıxış edərək bildirdi ki, Hüseynqulu Sarabski XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri,öz mövqeyi olan sənətkardır. Onun adı əsrin yeniləşən,dəyişən, müasirləşən sənət aləminin simvollarından birinə çevrilən,tarix yaradan sənət fəadiləri ilə eyni sırada çəkilir.Tədbirə dəvət olunmuş Quba Uşaq Musiqi məktəbinin müəllimi Mehriban İsmayılova çıxış edərək qeyd etdi ki, milli opera sənətimizin, xüsusən onun ifaçılıq məktəbinin formalaşmasında Hüseynqulu Sarabskinin xidmətləri misilsizdir.Sənətini musiqi incisi –“Leyli və Məcnun” zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşamış, sənətinə ,peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olmuşdur. Sonra  kitabxananın əməkdaşı  Fidan  Kərimova çıxış edərək bildirdi ki, Hüseynqulu Sarabski milli operamızın, musiqili aktyorluq sənətinin yaradıcılarından biri olub. Milli muğamlarımızın hamısını məharətlə ifa edib. Sonda Hüseynqulu Sarabskinin həyat və yaradıcılığına həsr olunmuş slayd izlənildi.

 

84.4 KB

 

28 KB

 

84.6 KB