Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon Mərkəzi Kitabxanasında filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi akademik Nizami Cəfərovla görüş keçirildi

26.10.2019

26.10.2019-cu il tarixdə  rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında Quba rayon MKS-nin və “Ay işığı” ədəbi məclisinin birgə təşkilatçılığı ilə  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi akademik Nizami Cəfərovla görüş keçirildi. Eyni zamanda tədbirdə Azərbaycanın fenomen alimi beş divan müəllifi Şahin Fazilin Qubalı dostu  “Ay işığı” ədəbi məclisinin sədri, AYB-nın üzvi Ramiz Qusarçaylıya həsr etdiyi  “Sözləri ecazdır Qusarçaylının” adlı kitabının təqdimatı da keçirildi. Tədbirdə Qubada fəaliyyət göstərən “Ay işığı” və “Gülüstan” ədəbi məclislərinin üzvləri, bölgənin şair və yazıçıları, kitabxana işçiləri, kitabxananın fəal oxucuları, ADPU-nun Quba filialının müəllim və tələbələri, KİV nümayəndələri və başqaları iştirak edirdi. Tədbir  iştirakçıları ilk öncə rayon MKS-nin mərkəzi kitabxanası tərəfindən kitabxananın qarşısında açıq havada təşkil olunmuş “2019-cu il Nəsimi ili” dir, “Akademik Nizami Cəfərov-60”, “Qubalı şair və yazıçıları” və s. başlıqlı kitab sərgiləri ilə tanış oldular. Sonra tədbir mərkəzi kitabxananın oxu zalında davam etdirildi. Tədbiri giriş sözü ilə  “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı açaraq qonaqları salamladı və tədbirin mahiyyətindən söhbət açdı. O, Quba rayonunda fəaliyyət göstərən iki ədəbi məclisdən danışdı. Daha sonra çıxış edən akademik Nizami Cəfərov  uzun müddət Şahin Fazillə dostluq etdiyindən və Ramiz Qusarçaylı şeriyyətinin məntiqindən danışdı. Tədbirdə çıxış edən  beş divan müəllifi , tarixçi-alim Şahin Fazil şair Ramiz Qusarçaylıya həsr etdiyi  “Sözləri ecazdır Qusarçaylının” adlı kitabı haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə  Nadir Məmmədli, Eynulla Mədədli, Əli Ələmi, Hacı Rafiq, Necməddin Mürvətov, Şabrandakı Xaqani Poeziya Evinin direktoru, AYB və AJB üzvü, istedadlı şairə, Prezident təqaüdçüsü Aybəniz Əliyar, AYB üzvü Cəlaləddin Budadoğlu, AYB və AJB üzvü, publisist yazar Sevinc Məmmədova, Yaqub Kərimov, AJB üzvü Telman Təravət, Qüdrət Minhacoğlu, Mürfəttar Seyidməmmədov, Rizvan Qiblədağlı, Asvar Tufandağlı, Rəfiqə Məmmədqızı, AYB və AJB üzvü, “Qızıl Qələm” və “Araz” mükafatları laureatı, “Gülüstan” elmi ədəbi məclisinin sədri Şıxamməd Seyidməmmədov, Güləli Bağban, Nəzər Mirzəyev, Pənah Elqəm, Yusif Şabanov, Mövlud Ağamməd, AJB və AMEA-nın müxbir üzvü Məhərrəm Mustafa,həmçinin, Quba rayon MKS-nin direktoru  Saməddin Nəsirov və başqaları çıxış edərək  bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Tədbir çərçivəsində bölgənin şair və yazıçıları şeir, hekayə və qəzəllərini söylədilər. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirildi.

 

39.7 KB

 

37 KB

 

44.3 KB