Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında “Gülüstan” elmi-ədəbi məclisinin oktyabr ayına dair növbəti məşğələsi keçirildi

27.10.2019

27.10.2019-cu il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında “Gülüstan” elmi-ədəbi məclisinin oktyabr ayına dair növbəti məşğələsi keçirildi. Məşqələni giriş sözü ilə açan elmi-ədəbi məclisin sədri Şıxəmməd Seyidməmmədov  özünün yeni işıq üzü görmüş “Ləzgi lətifələri”  adlı kitabından bəhs etdi. Şair-tənqidçi eyni zamanda yazıçı Şükir Düzgünün “Hekayələr” və şair Bilal Bilalovun “Vətən də anadır mənə” adlı  kitablarından danışdı. Bəhs olunan  kitablardan  mərkəzi kitabxanaya hədiyyə edildi. Sonra çıxış edən  Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov mərkəzi kitabxanaya  yeni hədiyyə edilən kitablara görə məclisin sədrinə öz təşəkürünü bildirdi və bütün şair və yazıçılara yaradıcılıq uğurları arzuladı. Tədbirdə çıxış edən “Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, “Dərbənd” qəzetinin redaktoru şair Tahir Saleh, AYB-nin üzvləri Kərim Dünyamalı, Cabir Albantürk və başqaları  yeni işıq üzü görmüş kitablar haqqında öz fikirlərini söylədilər. Daha sonra  “Gülüstan” elmi-ədəbi məclisinin üzvlərindən   Güləli Bağban, Mövlud Ağamməd, Məmmədağa Babaoğlu, Tahir Həsənli, Mehrəli Qulu, Asfar Tufandağlı, Səxavət Seyidməmmədov , Böyükağa Ağa ,  Pirəli Rüklü, Qüdrət Minhacoğlu və başqaları öz şeir və hekayələrini söylədilər. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

 

40.1 KB

 

45.5 KB

 

45.6 KB