Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi tərəfindən ”Bayrağımız-Qürur mənbəyimizdir” adlı ədəbi-bədii tədbir keçirilib

05.11.2019

05.11.2019-cu il tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi Dövlət Bayrağı gününə həsr olunmuş "Bayrağımız-Qürur mənbəyimizdir" adlı ədəbi-bədii tədbir keçirdi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra tədbiri giriş sözü ilə Uşaq Şöbəsinin müdiri Günay Məsimova açdı. O,tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Dövlət Bayrağımızın yaranma tarixindən, bayrağın üzərindəki rənglərin anlamlarından və  2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı meydanında dünyanın ən böyük bayrağının paytaxtımızın səmasında dalğalanmasından danışdı.Daha sonra tədbirdə iştirak edən Xaçmaz rayon Mərkəzi Kitabxanasının direktoru Azad Əlifxanovun, Xaçmaz rayon Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Söhrab Əmrahovun, Xaçmaz rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Qərib Umudovun, Əməkdar  Jurnalist Azər Həsrətin  və Aprel Şəhidi Elvin Mirzəyevin ailəsinin çıxışları dinlənildi.Sonda fəal oxucular bayraq, vətəpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi -bədii kompozisiyalar nümayiş etdirdilər.

 

74.5 KB

 

92.2 KB

 

96.6 KB