Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz rayon Mərkəzi Kitabxanasında “Narkomaniya insanlığın bəlasıdır ” adlı tədbir keçirildi

31.10.2019

30 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayon Mərkəzi Kitabxanasının oxu zalında “Narkomaniya insanlığın bəlasıdır ” adlı tədbir keçirildi.Tədbirdə Mərkəzi xəstəxananın baş narkoloqu Ağakərim Muradxanov, Təhsil şöbəsinin əməkdaşı İmran Müseyibov,İdman və Gənclər idarəsinin əməkdaşları ,Uşaq incəsaənət məktəbinin direktoru Telnaz Adıgözəlova,təqaüdçü müəllim Tahir Musayev ,3 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.Tədbiri giriş sözü ilə mərkəzi kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov açaraq müasir dövrdə ən aktual mövzuya,problemə çevrilən narkomaniya,onun törətdiyi fəsadlar, yeniyetmələr və bu istiqamətdə aparılan işlərdən danışdı.Xəstəxanın baş norkoloqu Ağakərim Muradxanov öz çıxışında qeyd etdi ki, hər bir uşaq,yeniyetmə mövcud cəmiyyətdə müəyyən təsir altında olur.Gənclər baş vərən hər bir yeniliyə daha tez alışır və onu öz həyatında tətbiq etməyə çalışırlar.Lakin bəzi hallarda yeniyetmələr mənfi təsirlərə meyl edirlkər ki,buda onların gələcək inkişafını təhlükə altında qoyur.Narkomaniyaya meyl də məhz belə mənfi təsirlərdəndir.Onların narkotiklərdən uzaqlaşdırılması cəmiyyətdə hər kəsin borcudur.Gənclər arasında sağlam həyat tərzinin tətbiq olunması ,narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb etmək hər birimizin borcdur.Tədbirdə çıxış edən İ.Müseyibov öz çıxışında qeyd etdi ki, narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir.Azərbaycanda narkomaniya ilə mübarizə , qanunsuz narkotik dövriyyəsinin və narkotikdən istifadə hallarının qarşısını alınması daim aidiyyatı dövlət qurumlarının diqqət mərkəzindədir.Belə ki,narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin qanun,fərman və sərəncamları və “Narkotik,narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər Dövlət Proqramı “buna bariz sübutdur.Təqaüdçü müəllim Tahir Musayev öz çıxışında qeyd etdi ki,bəşəri bəla olan narkomaniya ilə mübarizədə ictimaiyyət nümayəndələrinin, ağsaqqalların,əhalinin bütün təbəqələrinin birgə mübarizəsi çox böyük əhəmiyyət daşıyır.Başqa sözlə narkomaniyaya qarşı mübarizə ümumxalq işi olmalıdır.Yalnız bu halda biz gələcəyimizi bu bəladan qurtara bilərik. Tədbirin sonunda “Narkomaniya insanlığın bəlasıdır” adlı kitab sərgisinə və Uşaq İncəsənət məktəbinin şagirdlərinin narkomaniyaya dair əl işlərinə baxış keçirildi.

 

185 KB

 

108.7 KB