Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şabranda İmaddədin Nəsimin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

31.10.2019

30 oktyabr 2019-cu il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsimin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan... – Nəsimi poeziyasında şer, musiqi və teatrın vəhdəti” adlı tədbir keçirilib. Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, mədəniyyət işçiləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə öncə qonaqlar “Nəsimi-650” sərgisi ilə tanış olublar.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilmiş “İstedadlar sorağında” müsabiqəsin laureatlarının kompozisiya şəklində çıxışları dinlənilib. Şabran Xalq Teatrının İmaddədin Nəsimiyə həsr etdiyi tamaşa nümayiş olunub.

Sonda Şabran şəhər Uşaq Musiqi məktəbinin “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiyası tamaşaçılara təqdim edilib.

 

134.9 KB

 

78.3 KB

 

103 KB