Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

G.Şaroyev adına Bakı şəhər 35 nömrəli 11 illik Musiqi Məktəbi Xaçmazda konsert proqramı ilə çıxış edib

28.10.2019

26 oktyabr 2019-cu il tarixində G.Şaroyev adına Bakı şəhər 35 nömrəli 11 illik Musiqi Məktəbi Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin zalında konsert proqramı təqdim edib. İlk öncə məktəbin müəllimi Dürdanə Axundova məruzə ilə çıxış edib, sonra konsert proqramı təqdim olunub. Konsert zamanı musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Sonda Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktoru Kənan Mərdanov konsert iştirakçılarına məktəbin müəllim və şagird kollektivinin adından təşəkkürünü bildirib.

 

29.5 KB

 

30.8 KB

 

22.1 KB