Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Heydər Əliyev Mərkəzində “18 Oktyabr - Müstəqillik Günü” ilə əlaqədar konfrans keçirilmişdir

17.10.2019

15 oktyabr 2019-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba Heydər Əliyev Mərkəzinin və Quba Asan Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar konfrans keçirilmişdir.

Konfransda Quba rayon təhsil işçiləri, mədəniyyət işçiləri, Asan Xidmət Mərkəzinin əməkdaşları və könüllüləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə Mərkəzin direktoru Elza Orucova açmış, ilk öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfrans iştirakçılarının canlı ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Sonra iştirakçılar “Müstəqilliyimiz əbədidir, dönməzdir!” sənədli filminə tamaşa etmişlər.

Konfransda Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, 18 Oktyabr 1991-ci ildə əldə olunan müstəqillik məhz ulu öndər Heydər Əliyevin sayəsində əbədi və dönməz olmuşdur. Ötən 28 il ərzində respublikamızda demokratik dövlət quruculuğu və yeni iqtisadi sistemin formalaşdırılması istiqamətində çox böyük işlər görülmüşdür.

Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində surətlə inkişaf edən, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmişdir.

Quba Asan Xidmət Mərkəzinin baş məsləhətçisi Xəyyam Şahbazov “Müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək bizim vəzifəmizdir” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, əldə etdiyimiz müstəqilliyin qorunub möhkəmləndirilməsi bizim başlıca vəzifəmiz olmalıdır. Ulu öndərin şahəsəri olan müstəqil Azərbaycanı qoruyub yaşatmaq hər bir ölkə vətəndaşının, xüsusilə gəclərin müqəddəs borcu olmalıdır. Müstəqil və azad xalq kimi yaşamağımız hər birimiz üçün ən qürurverici amil olmalıdır.

Quba Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktor müavini Hüriyyə Sultanova “Müstəqillik xalqımızın böyük tarixi nailiyyətidir” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, bu gün çox sevindirici haldır ki, müstəqil Azərbaycan günbəgün tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir və müstəqillik həqiqətən tarixi nailiyyətimizdir. Gənclərimiz dövlətçiliyimizə sadiq olmalıdır və hər birimiz Prezidentimizin ətrafında sıx birləşməliyik.

Konfransda Quba şəhər 4 saylı orta məktəb-liseyin tarix müəllimi Pərvanə Əhmədova, Mərkəzin bələdçisi Nüranə Müslümova, Asan könüllülərin əməkdaşı Hacı Məmmədov və başqaları çıxış edərək qeyd etdilər ki, bizim hər birimizin əsas vəzifəsi böyük çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimizi qoruyub saxlamaq və onu daha da möhkəmləndirməkdən ibarətdir.

 

31.5 KB

 

32.1 KB

 

29.9 KB