Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz rayon Mərkəzi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

15.10.2019

15 oktyabr 2019-ci il tarixdə Xaçmaz rayon Mərkəzi Kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirildi.Tədbirdə ziyalılar, fəal oxucular, mədəniyyət işçiləri, müəllim və şagirdlər iştirak etdi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbiri giriş sözü ilə Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov  açdı və tədbir iştirakçılarina Cənab Prezidentin Rusiyanın Soci şəhərində Valday Beynəlxalq klubunun  XVI illik iclasının plenar sessiyasındakı çıxışının çox yüksək ictimai-siyasi əhəmiyyət kəsp etdiyi  haqqında  məlumat verdi.Tədbirdə Cənab Prezidentin çıxışı, Milli Qəhrəmanlar baradə rolik nümayiş olundu.Daha sonra məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndi.Tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” hərəkatına dəstək nümayiş etdirdilər.Sonda tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!” adlı geniş sərgi ilə tanış oldular.

 

122.9 KB

 

79.7 KB

 

87.3 KB