Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şabran Tarix Diyarşünaslıq Muzeyində ”Azərbaycanın Dəmiryol Tarixi” adı tədbir keçirilmişdir

14.10.2019

9 oktyabr 2019-cu il tarixində Şabran Tarix Diyarşünaslıq Muzeyində 13 oktyabr Dəmiryolçuların Peşə Bayramı Günü ilə əlaqədar "Azərbaycanın Dəmiryol Tarixi" adı tədbir keçirilmişdir.

Tədbiri Azərbaycanın dövlət himni səslənməsi ilə açıq elan edən muzeyin direktoru Bəsti Məmmədova Dəmiryolunun rayonumuzdakı əhəmiyyətindən danışaraq, çıxış üçün sözü gələn qonaqlara verdi. Tədbirdə Şabran rayon 3 saylı tam orta məktəbin müəllim, şagird kollektivi, Qarabağ döyüşlərinin iştirakçısı, Ehtiyatda Olan Kapitan, Yaralanmış Zabit Bağdad Bəhramov, Dəmiryolçu şəhid ailə üzvüləri, Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin Şabran rayon bölməsinin rəisi Süheyil Əliyev və əməkdaşları iştirak etmişdir.Tədbir "Şərəfli Dəmiryolçü ömrü" adlı sərgi, Şabran dəmiryolçularını əks etdirən güşəyə baxış və xatirə şəkilləri çəkdirməklə başa çatdı.

 

93.4 KB

 

184.8 KB

 

188.8 KB