Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xalq çalğı alətləri ifaçılarının və Gənc pianoçuların IV Respublika müsabiqələrinin region üzrə qaliblərinə mükafatlar təqdim edilib

10.10.2019

10 oktyabr 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının və Gənc pianoçuların IV Respublika müsabiqəsinin region üzrə qaliblərinin mükafatlanıdırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, reginda fəaliyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin direktorları, müsabiqələrdə uğur qazanmış müəllim və şagirdlər iştirak edib.

Tədbirdə çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev qalibləri təbrik edərək, ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açdı.

Sonda qaliblərə Mədəniyyət Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.

Qeyd edək ki, keçirilən müsabiqələrdə region üzrə 3-ü müəllim və 18-i şagird olmaqla ümumilikdə 21 nəfər müvəfəqiyyət əldə etmişdir.

 

71.4 KB

 

86 KB

 

74.7 KB