Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz rayon Mərkəzi Kitabxanası tərəfindən “ 5 oktyabr-“Beynəlxalq Müəllim Günü”dür adlı tədbir keçirilib.

04.10.2019

4 oktyabr 2019-cu il tarixində Xaçmaz rayon Mərkəzi  Kitabxanası  Şəxsiyyətlər muzeyində Beynəlxalq Müəllim Gününə həsr edilmiş  “ 5 oktyabr-“Beynəlxalq Müəllim Günü”dür adlı  tədbir keçirdi.

    Tədbiri MKS-nin direktoru A.Əlifxanov açaraq tədbir iştiakçılarını salamladı və müəllimləri təbrik etdi.O,Beynəlxalq Müəllim Günü haqqında iştirakçılara ətraflı məlumat verdi. Beynəlxalq Müəllim Gününün qeyd edilməsi haqqında qərar 1966-cı il oktyabr ayının 5-də YUNESKO tərəfindən verilmişdir.Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilmişdir.Müəllimlik  dünyada ən çətin,eyni zamanda ən şərəfli və ən gözəl peşədir.Bu gözəl və şərəfli işin dəyərini bilən əjdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları,yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.Valideynlə bərabər,bəlkədə ondan daha çox uşağın hər cür şıltaqlığına əziyyətinə dözmək,kədəri ilə kədərlənib,sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır,savadlı ,bilikli,geniş dünyagörüşlü,nümunəvi əxalaq malik insanlar yetişir.  Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov öz çıxışında qeyd etdi ki,müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir.Tədbirdə iştirak edən müəllimlərimiz T.Musayev,V.Qədimov,L.Əhmədova və başqaları çıxış edərək onlara göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildirdilər.Sonra müəllimlərə hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkildi.

       Tədbir iştirakçıları Beynəlxalq Müəllim Gününə həsr edilmiş geniş sərgi ilə tanış oldular.

 

48.4 KB

 

40.1 KB

 

37 KB