Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“İstedadlar sorağında” müsabiqəsinin yekun tədbiri keçirilib

03.10.2019

2  oktyabr 2019-cu il tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsi və Yeni Azərbayca Partiyası Xaçmaz rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “İstedadlar sorağında” müsabiqəsinin yekun tədbiri keçirilib. Tədbiri giriş sözü Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq müsabiqənin əhəmiyyətindən danışıraq bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd regionumuzda Mədəniyyət və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı yeniyetmə və gənclərin,insanların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə dəstək verilməsidir.

Daha sonra tədbir regiona daxil olan rayonlarda ilk seçim turunda uğur qazanmış iştirakçıların 6 nominasiya üzrə - bədii qiraət və şer, mahnı ifaçılığı, tədbir aparıcısı, musiqi alətləri ifaçısı, rəqs ifaçılığı və aktyorluq bacarığı çıxışları ilə davam edib.

Yekunda münsiflərinin heyyətinin qiymətləndirilməsinə əsasən hər bir nominasiya üzrə ilk 3 yeri tutmuş  iştirakçılar Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyələrlə təltif edilib. Tədbir regionun incəsənət ustalarının ifaları ilə davam edib.

 

39.1 KB

 

42.6 KB

 

46.8 KB