Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şabranda Ahıllar gününə həsr olunmuş “Çöhrəsi nurlu qocalar” adlı tədbir keçirilib

01.10.2019

1 oktyabr 2019-cu il tarixində Şabran rayon Mədəniyyət Mərkəzinin filialı olan Ağsaqqallar evində  Ahıllar gününə həsr olunmuş “Çöhrəsi nurlu qocalar” adlı tədbir  keçirildi. Uzun illər sınaqlardan çıxmış,həyatın ağrı,acısını duymuş  müdrik ahıllarımızı bir ərsəyə toplayan bu tədbirdə rayon ziyalılarıə iştirak etdi.Tədbiri Şabran rayon Ağsaqqallar Şurasının sədrinin müavini  Qədim Camalov  açaraq qeyd etdi ki, hal hazırda rayonda yaşı 70-dən yuxarı olan  ahıl insanların sayı 2600 nəfərdən çoxdur və onlar hər zaman dövlətin  diqqət mərkəzindədirlər.  Bu gün ki, tədbirimiz də ahıllara olan qayğı və diqqətin təcəssümüdür.                                                                                                                  TədbirdəŞabran rayon Mədəniyyət Mərkəzinin bədii özfəaliyyət kollektivinin çıxışları çox maraqla qarşılandı. Tədbirin sonunda ahıllara çay süfrəsi verildi.

 

72.3 KB

 

45.3 KB

 

59.8 KB