Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində akademik Nizami Cəfərovun 60 illiyi ilə əlaqədar “Yaşın akademik zirvəsi” adlı tədbir keçirildi.

30.09.2019

27.09.2019-cu il tarixdə Quba rayon MKS-nin  mərkəzi kitabxanasının təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində akademik, Əməkdar elm xadimi, professor, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun 60 illiyi ilə əlaqədar “Yaşın akademik zirvəsi” adlı tədbir keçirildi. Tədbiri MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova açaraq bildirdi ki, akademik Nizami Cəfərov Azərbaycanın ictimai-siyasi mühitində tanınmış xadimdir. Nizami Cəfərovun elmi maraq dairəsinin mərkəzində Azərbaycan xalqının bütün sferalarda tarixi problemlərinin araşdırılması durur . Nizami Cəfərov dilçi-alim, tənqidçi kimi hələ lap cavan vaxtlarından ictimai marağı özünə cəlb edə bilib, tanınıb, məhşurlaşıb.  Tədbirə dəvət olunmuş Xucbala kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Məlahət Musayeva çıxış edərək professor Nizami Cəfərovun orta məktəblər üçün çap olunmuş Azərbaycan dili dərsliklərinin yazılışında və orta məktəb proqramlarının tərtibində yaradıcı alim kmi fəaliyyət göstərməsindən söhbət açdı. Sonra mərkəzi kitabxananın əməkdaşları Şəfiqə Ahəngi və Talehə Dəmirova çıxış edərək  bildirdilər ki, Ümummilli liderimiz Heydər Əliyev Nizami Cəfərovda olan geniş dünyagörüşünə, Azərbaycan və Türkiyə dövlətçiliyi tarixinə bələd olduğuna ğörə, eləcədə XX əsrin böyük şəxsiyyəti olan Atatürkü dərindən tədqiq etdiyi üçün onu Azərbaycanda açılmış Atatürk Mərkəzinə rəhbər təyin etdi. Professor Nizami Cəfərov Atatürk Mərkəzində çox mühüm istiqamətdə elmi-tədqiqat işləri aparır, eyni zamanda, bu mərkəzdə həyatın aktual problemlərinə aid elmi konfranslar keçirir, mühüm əsərlərin müzakirəsini təşkil edir. Tədbirin sonunda “Nizami Cəfərov - 60” adlı sərgi nümayiş olundu.

 

118.8 KB

 

123 KB