Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmazda “Əsrin Müqaviləsinin” 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

23.09.2019

20 sentyabr 2019-cu il tarixində YAP Xaçmaz rayon təşkilatı və Xaçmaz Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsinin” 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoymaqla başlamışdır.

Tədbiri giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq əsrin müqaviləsinin imzalanmaq şəraitindən eyni zamanda bu günün və gələcəyi barədə tədbir iştirakçılarına geniş məlumat vedi. Azərbaycanın inkişaf yolunun həmin tarixdən başlandığını bir daha tədbir iştirakçılarının nəzərinə çatdrımaqla ötən 25 il ərzində həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizi dünya iqtisadiyyatının tərkib hissəsinə daxil olmasına nail oldu. Bu gün Azərbaycan dövləti əsrin müqaviləsinin uğurla həyata keçirilməsi nəticəsində əldə etdiyi naliyyətlər hesabına bir sıra beynəlxalq layihələrdə söz sahibinə çevrilmişdir. Ölkəmizin nüfuzu artmışdır.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının şura üzvü, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova “Əsrin Müqaviləsinin imzalandığı tarix və bu günki Azərbaycan” mövzusunda  məruzə ilə çıxış etmişdir.

YAP Xaçmaz rayon təşilatının sədr müavini Abasyar Heydərov, ərazi ilk partiya təşkilat sədri Məhərrəm Abasov çıxış edərək əsrin müqaviləsinin uğurlarından danışmışlar.

 

18.2 KB

 

27.8 KB

 

39.7 KB