Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktləblərində “Milli Musiqi Günü” qeyd edilib

19.09.2019

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Milli Musiqi günü ilə əlaqədar 18 sentyabr 2019-cu il tarixində regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində silsilə tədbirlər keçirilmişdir. Xaçmazda Xaçmaz Uşaq Musiqi Məktəbi, Xaçmaz Uşaq İncəsənət Məktəbi və Xudat Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə, həmçinin Quba Uşaq Musiqi, Quba Uşaq İncəsənət, Qusar Uşaq İncəsənət, Şabran Uşaq Musiqi və Siyəzən Uşaq İncəsənət məktəblərində müəllim və şagird heyətinin iştirakı ilə konsert proqramları təşkil edilmişdir. Tədbirlərdə bu əlamətdar günün təsis olunma tarixindən danışılmışdır. Bildirilmişdir ki, Milli musiqi günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

1995-ci ildə isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

 

40.3 KB

 

21 KB

 

20 KB