Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba şəhər İncəsənət Məktəbində “Milli musiqi günü” qeyd edilib

19.09.2019

Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü ilə əlaqədar Quba şəhər İncəsənət Məktəbində milli musiqi gününə həsr edilmiş təntənəli tədbir keçirilib.

Tədbiri məktəbin direktoru Mirkazım Cəfərov açaraq iştirakçıları Milli musiqi günü münasibətilə təbrik edib, bu əlamətdar günün yaranma tarixindən danışaraq bildirib ki, ümummilli lider Heydər Əliyev musiqi sənətinə hər zaman böyük diqqət göstərib. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rolu olan, habelə Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günü ulu öndər Heydər Əliyevin 1995-ci il, 18 sentyabr tarixli fərmanı ilə Azərbaycanda Milli Musiqi Günü kimi elan olunub. Gənc nəslin təlim-tərbiyəsində musiqinin də əhəmiyyətli rolunun olduğunu qeyd edən M.Cəfərov bu kimi tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayıb.

Məktəbin nəzəriyyə şöbəsinin müdiri Kəmalə Cəfərova ölməz sənətkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, həmçinin Azərbaycan musiqisindəki rolu haqqında ətraflı məlumat verib.

 Tədbir Ü.Hacıbəylinin əsərlərindən ibarət geniş konsert proqramı ilə davam edib.Tədbirdə məktəbin müəllim və şagirdləri ,valideynlər iştirak etmişlər.

Tədbir “Qafqaz” TV və yerli “Şəfəq” qəzeti ilə işıqlandırılmışdır.

 

20 KB

 

19 KB

 

22.6 KB