Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Quba Uşaq Musiqi Məktəbində Milli Musiqi Gününə hər edilən konsert proqramı təşkil olunub

19.09.2019

18 sentyabr 2019-cu il tarixində Quba Uşaq Musiqi Məktəbində Milli Musiqi Gününə hər edilən konsert proqramı təşkil olunub. “Musiqinin Üzeyir zirvəsi” adlanan tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, ADPU Quba filialının müəllim və tələbələri iştirak ediblər. Öncə məktəbin direktoru İlqar Məmmədov çıxış edərək musiqi bayramı münasibətilə hər kəsi təbrik edib. O, Milli Musiqi Gününün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olduğunu qeyd edib.  Görkəmli musiqiçinin həyat və yaradıcılığının Azərbaycan mədəniyyətində qızıl səhifə olduğunu vurğulayıb. Daha sonra musiqi nəzəriyyəsi müəllimi Südabə Əmrullayeva Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib. Ardınca şagirdlər milli musiqimizin şah əsərləri olan muğamlar haqqında məlumat səsləndirib, muğamlara həsr olunan şerlər söyləyiblər. Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Konsertdə Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsinin diplomantı Ariz Ömərov,  həmin müsabiqədə “Fəxri fərman”la təltif olunmuş Ehtiram Ağayev, Gənc pianoçuların IV respublika müsabiqəsində “Fəxri fərman”a layiq görülmüş Bəturə Əsgərova, Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Regional Muğam festivalında II yeri tutmuş Mehrac Kərimov və digər istedadlı məktəblilər, eləcə də müəllimlər muğam və bəstəkar əsərləri ifa ediblər. Rəngarəng konsert proqramı tamaşaçıların marağına səbəb olub.

 

32.1 KB

 

40 KB