Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmazda “Milli Musiqi Günü” qeyd edilib

18.09.2019

18 sentyabr 2019-cu il tarixində Xaçmaz şəhər Uşaq Musiqi məktəbində Xaçmaz şəhər Uşaq Musiqi Məktəbi, Xaçmaz şəhər Uşaq İncəsənət Məktəbi və Xudat şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə hər 3 məktəbin müəllim və şagird heyətinin ifaları dinlənildi. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktoru Kənan Mərdanov və Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin direktoru Telnaz Adıgözəlova çıxış edərək Milli Musiqi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu əlamətdar günün təsis olunma tarixindən danışdılar və yeni tədris ilində kollektivlərə uğurlar arzuladılar. Bildirildi ki, Milli musiqi günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

1995-ci ildə isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Sonda Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Məhəmməd Mahmudov 60 illik yubileyi münasibətilə Xaçmaz Reegional Mədəniyyət İdarəsinin fəxri fərmanı ilə təltif edildi.

 

34.6 KB

 

46.4 KB

 

33.1 KB