Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirildi

09.09.2019

6 sentyabr 2019-cu il tarixində Xaçmaz Tarix diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin növbəti geniş tərkibdə Şura iclası keçirilmişdir. İclasda Şura üzvləri,  regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir. İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev gündəlikdə duran məsələlər barədə məlumat verdi və cari ilin 8 ayı ərzində görülən işlər haqqında danışdı.

Ölkəmizdə dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəaliyyət planı barədə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Xalidə Əliyevanın məruzəsi dinlənildi. Daha sonra müəssisə rəhbərlərinin “Nəsimi ili” çərçivəsində müəssisələrdə keçirilən tədbirlər haqqında çıxışları dinlənildi, sosial şəbəkələrdə mədəniyyət işçilərinin aktiv iştirakı müzakirə edildi.

Sonda idarə rəisi həmçinin mədəniyyət müəssisələrində əmək intizamının gücləndirilməsindən irəli gələn vəzifələr və digər məsələlər barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.

 

74 KB

 

75.2 KB

 

68.8 KB