Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Beynəlxalq Sülh Günü ilə əlaqədar “Bəşəriyyəti sülh xilas edəcək” adlı tədbir keçirildi.

05.09.2019

04.09.2019-cu il il tarixdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Regional Mərkəzində Quba rayon MKS-nin mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Günü ilə əlaqədar  “Bəşəriyyəti sülh xilas edəcək “ adlı tədbir keçirildi. Tədbiri MKS-nin direktor müavini Hüriyyə Sultanova açaraq bildirdi ki, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-nə dək  Azərbaycanda “İnsan hüquqları aylığı”, “Uşaq hüquqları aylığı” ilə yanaşı, “Sülh aylığı “ elan olunur. Bu aylıq çərçivəsində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil olunur. Tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin əməkdaşı Murad Əsgərov çıxış edərək qeyd etdi ki, BMT 1981-ci il sentyabr ayının 21-ni dünyanın 192 ölkəsinin səs çoxluğu ilə “Beynəlxalq Sülh Günü “ qeyd olması barədə qərar qəbul etmişdi. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi  işğal altında olan, bir milyondan artıq məcburi qaçqın və köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Daha sonra kitabxananın əməkdaşı Gülnarə Səmədova “Bəşəriyyəti sülh xilas edəcək” adlı məruzə ilə  çıxış edərək bildirdi ki, 21 Sentyabr nəinki xalqlar arsında, həmçinin ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir. Tədbirin sonunda “Sülh inkişafın əsas təməlidir” adlı kitab sərgisi nümayiş olundu.  

 

47.9 KB

 

67.6 KB

 

42.9 KB