Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“YUĞ” Dövlət Teatrı Xaçmazda qastrol səfərində olub

18.07.2019

Mədəniyyət Nazirliyinin təşəbbüsü, Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “YUĞ” Dövlət Teatrı Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “Sonuncu” tamaşası ilə çıxış edib.

Yazıçı Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımov, qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur. Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova çıxış edib.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Əsərdə ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

103.9 KB

 

62.5 KB

 

115 KB